Biz dünyanı kodlayırıq

Suallarınızı cavablandırmaq üçün buradayıq!

FAQ

“Golden Bilişim” Ostim Universiteti Texnoparkında fəaliyyət göstərən və başda təhsil sektoru olmaqla, bir çox digər sahələr üçün də nəzərdə tutulan kodlaşdırma texnologiyaları hazırlayan bir şirkətdir.

“Golden Bilişim” tərəfindən hazırlanan kodlaşdırma texnologiyaları məktəbəqədər tədris müəssisələrindən universitetlərə kimi bütün təhsil müəssisələrində istifadə edilə bilər. Özündə bir neçə modulu birləşdirən bu texnologiyanın müəssisələrin tələbinə uyğun olaraq fərdiləşdiləşdirilməsi də mümkündür.

“Golden Bilişim”in bu işdəki əsas məqsədi müəssisələrdə tədris edilən gündəlik dərs və fəaliyyətlərin həm ailələr, həm də rəhbər və müəllimlər tərəfindən rahatlıqla izlənə bilməsi, eyni zamanda, keçmiş tarixlərə aid məlumatlara əlçatanlığı artırmaqdır. Əlavə olaraq, qurumlar bu məlumatları özləri də istədikləri zaman arxivləşdirə bilərlər.

Tətbiqlərimizi bütün Android və IOS cihazlarına yükləyə və ya internet üzərindəm istənilən kompüterlə daxil ola bilərsiniz.

Proqramlar təhsil müəssisələrinin tələblərini ödəmək qabiliyyətinə malik olan bütün xüsusiyyətlərə sahibdir. Həmçinin, hazırlanma prosesi zamanı “bu qədər kifayətdir” məntiqilə deyil, “daha yaxşı necə ola bilər” düşüncəsilə hər gün daha da inkişaf etmiş modullar və yenilikçi interfeyslər üzərində işləməyə davam edirik. Bizə AR-GE mövzusunda dəstəkçi olan mütəxəssis pedaqoq və sosioloqlarla birgə "Hər zaman daha yaxşısı" şüarı altında fəaliyyətimizi genişləndiririk.

Tətbiqlərimiz banklarda olduğu kimi SSL təhlükəsizlik sertifikatı ilə qorunur. İnternet yayımı 2 üstü 128 bitlə şifrələnərək, məlumatları istifadəçilərinə etibarlı şəkildə ötürür.